“Real Madrid”in Erlinq Haalandın sərbəst qalma məbləğini ödəyərək futbolçunu transfer edəcəyi barədə iddiaların dərc edilməsi müzakirələrə səbəb olub.
Metbuat.az xəbər verir ki, futbolçunun müqaviləsində sərbəst qalma məbləğinin 200 milyon avro olması barədə iddia səsləndirilib. Futbolçunun meneceri Erlinq Haalandın sərbəst buraxılması ilə bağlı iddialara cavab verib.
İspaniya mətbuatına danışan menecer Rafaela Pimenta "Yalnız mən, Haaland, "Mançester Siti" və onun atası Erlinq Haalandın müqavilə şərtlərini bilirik. Başqa klublardan heç kim müqavilə ilə bağlı hər hansı məlumata malik ola bilməz" deyə bildirib.