Makroiqtisadi xəbərlər dolları sarsıtdı - Qiymətlər aşağı endi

İsrail və HƏMAS arasındakı atəşkəs xəbəri və ABŞ-ın bank rəsmilərinin pul siyasəti ilə bağlı ehtiyatlı yanaşmanın olması ilə açıqlamaları dünya birjalarına təsirsiz ötüşməyib.

Metbuat.az xəbər verir ki, makroiqtisadi məlumatlar fonunda ABŞ-da fəaliyyət göstərən bəzi şirkətlərin səhmləri ucuzlaşıb. ABŞ-da dollar indeksi 103,2-yə enib. Bu son vaxtların ən aşağı səviyyəsidir. Qızılın unsiya qiyməti 0,1 faiz ucuzlaşaraq 1997 və Brent markalı neftin bir bareli 82,5 dollara satılıb. Nyu-York birjasında “Nasdaq” indeksi 0,59 faiz, “S&P 500” indeksi 0,2 faiz, “Dow Jones” indeksi isə 0,18 faiz azalıb. ABŞ-da indeks fyuçers müqavilələri yeni günə qarışıq kursla başlayıb.

Avropa fond bazarlarında məhdud da olsa satış yönümlü tendensiya nəzərə çarpsa da, Almaniya bütün nazirliklərin əlavə xərc öhdəliklərini müvəqqəti olaraq dondurub.

Digər tərəfdən, Almaniyanın İqtisadi Araşdırmalar İnstitutu bildirib ki, ölkədəki şirkətlərin 6,8 faizi gəlilərin azalacağını hesab edir.

Almaniyada “DAX 40” indeksi sabit qalarkən, Böyük Britaniyada “FTSE 100” indeksi 0,19 faiz, Fransada “CAC 40 indeksi” 0,24 faiz, İtaliyada “MIB 30” indeksi isə 1,32 faiz azalıb..

Asiya bazarlarında dəyişikliklər müşahidə edilərkən bölgədəki səhm və sektorlarda bəzi qiymət dalğalanmaları müşahidə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı