QMİ sədri Özbəkistana səfərə gedir

Noyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə yola düşür.

QMİ-nin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, QMİ sədri A.Paşazadə qardaş ölkənin paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının IV görüşündə iştirak edəcək. Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan dini liderləri və TDT-nin Baş Katibi Kubanıçbek Ömüralıyev görüşdə iştirak edəcəklər.

Məlumat üçün bildirilib ki, TDT nəzdində yaradılmış üzv dövlətlərin Müsəlman Dini İdarə rəhbərləri Şurasının daha öncə İstanbul, Türküstan və Bakıda görüşləri baş tutmuş, Şuranın Əsasnaməsi ötən il Zəfər yurdumuz Şuşada imzalanmışdı.Şeyxülislam A.Paşazadə Özbəkistanda daha iki mühüm konfransda iştirak edəcək. Daşkənddə İmam Maturidinin irsinin tədqiqinə həsr olunmuş konfransda və Buxarada Mir-Ərəb Ali Mədrəsəsinin 500 illliyinə həsr olunmuş Beynəlxalq Forumda iştirak edəcək QMİ sədri Allahşükür Paşazadə məruzələrlə çıxış edəcək. Qədim təhsil ocağının məzunu olmuş Şeyxülislam Allahşükür Paşazadə Buxarada tələbə yoldaşları ilə görüşəcək, burada oxuyan tələbələrlə görüşəcək, şəhərin hakimi tərəfindən qəbul ediləcək.

Noyabrın 28-dək davam edəcək səfər müddətində nümayəndə heyətinin Özbəkistan torpağında bir sıra görüşlər keçirəcəyi, rəsmilər tərəfindən qəbulu, KİV-də çıxışları və qardaş ölkənin dini-mədəni abidələri ilə tanışlıq nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı