“Laçında bahaçılıqdır, çayı 25 manata verirlər” iddialarına cavab verildi

"Laçında bahalıqdır", "qalma xərcləri artırılıb", "sadə çay verilmir" kimi iddialar cəfəngiyyatdır".

Metbuat.az Report-a istinadla xəbər verir ki, bunu "Laçın Abadlıq Xidməti " ASC-nin direktor müavini Elnur Abdullayev bildirib.

O iddiaları belə cavablandırıb: "İstənilən halda hər bir insan öz istəyinə uyğun hərəkət edə bilər. Məsələn, bəzi insanlar bir manatlıq çay içə bilərlər. Lakin insan da var ki, 20-30 manatlıq çay seti götürür. Bunlar fərqli yanaşmalardır.

Nəzərə alınmalıdır ki, bura Bakının mərkəzi deyil. Bazalar başqa yerlərdən gəldiyi üçün daşıma xərcləri də var. Bunu da nəzərə almaq lazımdır. Ona görə də yerli istehsala önəm veririk. Artıq Laçında modul tipli xəstəxana, 2 nömrəli məktəb, aptek, market fəaliyyət göstərir. Məktəblərin servis avtobusları var. Ödənişsiz uşaqları evlərindən məktəbə, geriyə evlərinə aparır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birlikdə elektron xəritə üzərində ictimai nəqliyyatın marşrutları müəyyən edilib. Zabux kəndindən Laçın şəhərinə, Laçın şəhər mərkəzindən Aqro və Sənaye Parkına, Darıkaha kəndindən şəhərdaxili üç istiqamətdə marşrutlar artıq təyin olunub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı