Bakı Limanı ilə daşınan metal və metal məhsullarının həcmi artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Bakı Limanı vasitəsi daşınan metal və metal məhsullarının həcmi 55 % artıb

Metbuat.az bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına istinadən məlumat verir.

Bildirilib ki, bu ilin ilk 10 ayı ərzində Bakı Limanı vasitəsi 327 min tondan çox metal və metal məhsulu daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55 % artım deməkdir.

Əsasən Qazaxıstandan Bakı Limanına gətirilən metal və metal məhsulları Azərbaycandan tranzit keçməklə Türkiyə və İtaliya, Almaniya, Polşa kimi bir sıra Avropa ölkələrinə tədarük edilir.

Gəmi ilə vasitəsi ilə Bakı Limanı gətirilən metal məhsulları operativ formada boşaldılır və əsasən TIR-lara yüklənərək son təyinat ölkəsinə yola salınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı