Xərçəngə tutulan Sevda Əliqızının son halı - FOTO

Aparıcı Hacı Nuran xərçənglə mübarizə aparan müğənni Sevda Əliqızının səhhəti haqqında məlumat verib.

Metbuat.az xəbər verir ki, Hacı Nuran xəstəxanadan ifaçı ilə fotosunu paylaşaraq onun əməliyyat edildiyini açıqlayıb:

“Heç kim xəstəlikdən sığortalanmayıb. Xüsusən, bütün günü əsəb, stress içində yaşayıb-yaradanlar daha çox səhhətləri ilə bağlı problemlə üzləşirlər. Mən xərçənglə mübarizənin nə demək olduğunu gözəl bilirəm. Artıq neçə illərdir ona üsyan edirəm. Çox şükür ki, mən ona qalib gəldim.

Bu gün belə bir iradəyə sevilən müğənni Sevda Əliqızının da ehtiyacı var. O, artıq neçə vaxtdır süd vəzi xərçəngindən əziyyət çəkir. Bu gün doğmalarının verdiyi məlumata görə, Sevda xanım əməliyyat olundu. Əməliyyatdan əvvəl həyəcanlı olan Sevda xanım həkiminə o qədər minnətdardır ki…

Əməliyyatdan sonra Sevda xanıma baş çəkdim və xeyli söhbət etdik. Bir az motivasiya verdim. “Özümü psixoloji cəhətdən hazırlamışdım, amma yenə də qorxurdum. Çox şükür ki, göydə Allahın, yerdə isə İndira xanımın əllərinin sayəsində əməliyyatdan sağ-salamat çıxdım”,- dedi Sevda xanım…”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı