"Real"dan Arda barədə sürpriz qərar - Əvəz edilir

“Real Madrid” Arda Gülerin əvəzinə yeni futbolçunu əsas heyətə cəlb etmək istəyir.

Metbuat.az xəbər verir ki, “Real” oyun tərzi ilə Ardaya bənzəyən aşağı yaş qrupunda oynayan Niko Pazı daima əsas heyətə cəlb etmək istəyir. Bildirilir ki, Çempionlar Liqasında “Napoli” ilə matçda “Real”ın üçüncü qoluna imza atan Niko Paz məşqçi heyətinin də marağına səbəb olub. “GOL Digital”ın xəbərinə görə, “Real” Niko Pazın daha çox forma şansı əldə edə biləcəyini nəzərdən keçirir. Xəbərdə "Real Madrid"in milli futbolçumuz Arda Güləri La Liqada oynaya biləcəyi kluba icarəyə vermək istədiyi bildirilib. İcarə ilə bağlı yekun qərarın prezident Florentino Peres və idarə heyəti tərəfindən veriləcəyi gözlənilir.

Qeyd edək ki, üçüncü dəfə zədələnən Arda Güler zədəsini sağaldaraq fərdi məşqlərə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR