Qalmaqallı müğənni Castin Biber Kanadada məhkəmə iclası zamanı avtomobilini ehtiyatsız idarə etdiyini etiraf edib.

ANS PRESS-in məlumatına görə, "Reuters" xəbər verir ki, 21 yaşlı müğənni dinləmələrə videoəlaqə ilə Los-Ancelesdən qatılıb.
Biber günahını boynuna aldıqdan sonra onun üzərindən avtomobil qəzası zamanı digər iştrakçılara hücum etməsi ittihamı götürülüb.

Lakın, avtomobildən diqqətsiz idarəetməyə görə kanadalı pop-ulduz cərimədən qaça bilməyib. O 750 kanada dolları (600 $) məbləğində cərimə ödəməli olub.

Qeyd edək ki, insident keçən ilin avqust ayında baş verib. Biber müğənni Selena Qomez ilə maşında olarkən paparasi ilə dolu avtomobillə toqquşub. Hadisə gənc ulduzun doğma şəhəri Ontarioda baş verib.