​Azərbaycana qarşı növbəti uğursuz dezinformasiya əməli ifşa olundu - FOTO

"Azərbaycanın Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlı tirajlanan xəbər təmamilə yalandır".

Metbuat.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib:

"Azərbaycan top mərmisi istehsal etmir və bu iddia sadəcə cəfəngiyyatdır.

Azərbaycan humanizm prinsiplərini əsas götürərək Ukraynaya yalnız humanitar dəstək göstərir.

Ukrayna bayrağı ilə jurnalist olduğu deyilən şəxsin çəkildiyi şəkilin Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Medianın İnkişafı Agentliyi olaraq yerli və xarici sosial media istifadəçilərini bu kimi cəfəng xəbərlərə ehtiyat və həssaslıqla yanaşmağa çağırırıq", - deyə qurumdan bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı