“Astara” gömrük postunda 240, “Biləsuvar” gömrük postunda 130, “Qırmızı Körpü” gömrük postunda 1300, “Mazımqara” gömrük postunda 90, “Samur” gömrük postunda 67 və “Xanoba” gömrük postunda 13 yük maşını var.
AYNA-dan Metbuat.az-a bildirilib ki, hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir.
Gürcüstan-Azərbaycan sərhəddə sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.