ABŞ İsrailə on minlərlə ton bomba verib - “Washington Post”

ABŞ Qəzzaya hücumlarda istifadə etmək üçün qanunları və humanitar hüquq şərtlərini nəzərə almadan İsrailə on minlərlə ton bomba verib.

Metbuat.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yazıb. Qəzetin yazdığına görə, ABŞ hücumlar başlayandan bəri İsrailə azı 15 min bomba və 50 mindən çox artilleriya mərmisi, o cümlədən 2 tonluq bunker bombaları göndərib. Qəzzada ölənlərin sayının artması ABŞ-ın mülki əhalinin təhlükəsizliyini təmin etmək məsuliyyəti ilə bağlı sualları gündəmə gətirib. Xəbərdə deyilir ki, Co Bayden administrasiyası İsrailə silah tədarük ilə bağlı təzyiqlərə məruz qalıb. İnsan haqları təşkilatları və Baydenin Demokrat Partiyasının bəzi üzvləri ABŞ-ın İsrailə silah tədarükünü araşdırıb.

ABŞ-ın xarici ölkələri silahlandırması qaydalarına əsasən beynəlxalq hüququn pozulması ehtimalı olan yerlərə silah tədarük edilə bilməz. Bu qaydalarla bağlı qəzetə danışan və adının çəkilməsini istəməyən administrasiya rəsmiləri bildirib ki, ABŞ bununla bağlı İsraillə danışıqlar aparıb. Bununla belə, Vaşinqton administrasiyası İsrailin müharibə qanunlarına sadiqliyini düzgün qiymətləndirməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı