Tural Əliyev yüksək vəzifəyə təyin edildi

Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Tural Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdir təyin edilib.

O, 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr, Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Tural Əliyev 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışır, dövlət qulluğunun baş müşaviridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı