"Real" onu geri qaytarır

David Alabanın zədələnməsindən sonra müdafiə xəttini gücləndirmək istəyən “Real Madrid” axtardığını tapıb.

Metbuat.az xəbər verir ki, müdafiə xəttində problemlər yaşayan “Real Madrid” Rafael Varanı transfer etmək üzrədir. İspaniya mətbuatında yer alan xəbərə görə, “Mançester Yunayted”də çıxış edən Rafael Varan klubdan ayrılmaq istəyir.

Onun “Real” qayıtmağa razılıq verdiyi irəli sürülür. Lakin tərəflər yekun razılaşma əldə etməyib. Məlumata görə, “Real” futbolçuya 1,5 illik müqavilə təklif edib. Varan bu mövsüm “Mançester Yunayted”in heyətində 14 oyuna çıxıb və bu matçlarda 1 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR