AMB gələn il üçün iqtisadi artım proqnozunu açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə real iqtisadi artım tempinin 3-3,5% civarında olmasını gözləyir.

Metbuat.az xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Məlumata görə, o cümlədən qeyri-neft-qaz sektorunda 5-5,5% civarında iqtisadi artım proqnozlaşdırılır.

"Növbəti ildə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impluslar verəcək", - deyə bəyanatda qeyd olunub.

"2024-cü ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi proqnozlaşdırılır. Makroiqtisadi sabitliyin qorunması iqtisadi artım proqnozunun reallaşmasının əsas şərtlərindən biri olaraq qalacaq. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının, aparıcı reytinq agentliklərinin də ölkədəki iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir. İqtisadi siyasətin digər istiqamətləri çərçivəsində həyata keçirilən tədbirlər də AMB-nin makroiqtisadi proqnozlarının hazırlanmasında nəzərə alınacaq", - deyə qurum bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı