Nazir tədris müddətinin artırılmasını təklif etdi

Tədris müddətinin artırılması müzakirə olunmalıdır. Elmi tədqiqatların nəticəsinə görə, tədris müddətinin çox olması akademik göstəricələrə müsbət təsir edir. Bura məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi də aiddir”.

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Əsas Məsələ” verilişinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir: “Azərbaycan ictimaiyyəti tədris müddətinin artırılması məsələsini müzakirə etməlidir.

Amma onu da təəssüflə demək lazımdır ki, mediada aparılan monitorinqlərin nətisinə görə, ölkəmizdə ictimai müzakirənin keyfiyyətində də problem var”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı