Livandan İsrailə hücum edildi

Livanın cənubundan İsrailə 50-dən çox raket atılıb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama verib. İsrail ordusunun X sosial media platformasında Livanın cənubundan həyata keçirilən hücumlarla bağlı məlumat verilib. İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, Livan ərazisindən İsrailin şimalına doğru atəş açılıb və hücumda itki qeydə alınmayıb. İsrail ordusu da Livanın cənubundakı atəş nöqtələrinə hücum edib. Həmçinin, Livan Hizbullah Livan sərhədində İsrailin Ramot Naftali, Mitat, Hirba Maar, Ramim, Hunin və Sumak adlı 6 hərbi məntəqəsinə hücum təşkil etdiyini açıqlayıb.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra Livan və İsrail sərhədində də toqquşmalar müşahidə edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR