Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişini bağlamaq barədə düşünür.
Metbuat.az-ın məlumatına görə, bu barədə aparıcı etdiyi açıqlamada bildirib ki, o artıq bu proqramı aparmaq istəmir.
Zaur qeyd edib ki, həyat yoldaşı övladları ilə verilişi davam etdirə bilərlər, amma o artıq konkret qərar qəbul edib. Aparıcı əlavə olaraq bildirib ki, hətta “Bizimləsən” verilişi haqqında da bu qərarı verə bilər.
Xatırladaq ki, hər iki proqram ATV kanalına yayımlanır.