Tanınmış influenser və aparıcı Səma Abıyevanın paylaşımı müzakirələrə səbəb olub.
Metbuat.az olay.az-a istinadən xəbər verir ki, buna isə onun Abu-Dabi tətilində çəkdirdiyi çimərlik geyimindəki fotoları paylaşması zəmin yaradıb. Belə ki, izləyiciləri bu postuna görə Səmanı tənqid atəşinə tutublar.
Bütün bunların fonunda isə Abıyevanın aparıcı həyat yoldaşı Tural Yusifov xanımın paylaşımına alov və ürəkli emoji şərhini yazıb.
Bəzi istifadəçilərin Turala reaksiyasından sonra o iradlara belə cavab verib:
“Cəmiyyəti və dediyiniz balaları pozan cahillik və savadsızlıqdır. Siz stəkana boş tərəfindən baxırsız. Mütləq qaydada burada bir pis niyyət, pozulma və ya ayıb görürsünüz. İnsanlar azaddırlar və digərinin azadlığını pozmayana qədər hür qərarlarını verə bilərlər. Çimərliyə gedəndə hər halda gözümüzü yummuruq. Orada onlarla çimərlik geyimində şəxslər var və heç kim, heç kimə pis nəzərlə baxmır və maraqlanmır.
Biz isə “əxlaq” şüarı ilə yürüş keçirdir, adamların həyatının mərkəzi prospektinə özümüzə uyğun tikdiyimiz “əxlaq” bayrağını sancırıq. Düşünmürük ki, bizim biçdiyimiz bayraq sadəcə bizə uyğundur. Sizinlə eyni düşünməməyimiz səhv olmağımız anlamına gəlmir. Çox sevdiyim kitabda çox sevdiyim bir dialoq var: “Dünyada sadəcə, bir günah var, bircə dənə. Bu da oğurluqdur.. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürəndə, onun həyatını oğurlayırsan, yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan..Özünə məxsus olmayanı götürən adam, fərqi yoxdur bu başqasının həyatı olsun, ya bir tikə çörək””.
Xatırladaq ki, cütlüyün iki övladı var.