"ABŞ dollardan iqtisadi təzyiq aləti kimi istifadə edir" - Türkiyəli ekspert

“ABŞ beynəlxalq ehtiyat valyutası kimi istifadə edilən dollar sayəsində ölkələrin daxili işlərinə müdaxilə edir. Bunun ən yaxın şahidlərindən biri də Türkiyədir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında 21-ci Əsr Türkiyə İnstitutu İqtisadiyyat və Siyasi Mərkəzin Mütəxəssisi Ersin Dedekoca deyib. ABŞ-nin davranışlarına görə dünyada de-dollarizasiya addımlarının artdığını bildirən Ərsin Dedekoca hesab edir ki, eks prezident Donald Trampın dövründə başladılan bu hərəkat Bayden hökümətinin hakimiyyət illərində davam etməkdədir:


Ərsin Dədəqoca

“ABŞ mənfəəti naminə dünyada dolların gücündən ehtiyat valyuta kimi istifadə edən ölkələri hədəf alaraq onların iqtisadiyyatlarına təzyiq edir. Bir çox ölkələr xüsusilə BRİKS ölkələri, (Rusiya, Hindistan, Çin, Cənubi Afrika ölkələri, Braziliya) dollar qarşısında yeni ehtiyat valyuta axtarışlarını sürətləndiriblər.

Dünyanın mərkəzi banklarının “beynəlxalq valyuta mövqelərini” və dollarla ifadə olunan qiymətli kağızları ABŞ valyutasında saxlamaları ABŞ-nin siyasi iqtisadi təsirini gücləndirir. Hazırda Amerika özünü dünya lideri və mövcud iqtisadi, siyasi və hərbi nizamın sahibi kimi görür. Bu vəziyyət dünya iqtisadi nizamının tərəfdarları kimi qurulan BVF, Dünya Bankı kimi təşkilatların qərar qəbul etmə effektivliyinin artırır. BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq siyasətin ən mühüm təşkilatının qərarlarının isə daha yüksək səviyyədə olmasına səbəb olur. Nəticədə, dünya ölkələrinin üzərində təsir mexanizmləri narahat edəcək səviyyədə yüksəlməklə bərabər qlobal kapital axını da bir istiqamətdə toplanaraq, rəqabətdə haqsız üstünlük əldə edir”.

Türkiyəli iqtisadçı vurğuladı ki, ABŞ-nin beynəlxalq gücə malik valyutasının yeganə emitenti olması ədalətsiz rəqabət yaradır.

“ABŞ dollardan qeyri-məhdud gücü olan ölkələr arasında ticarətdə bərabərsizlik yaratmaq cəhdləri, həm də ixtiyari embarqolarla nəticələnir. Bununla yanaşı, beynəlxalq terrorizmin maliyyələşdirilməsində dolları dominant valyutaya çevirir. Artıq bir çox ölkələrdə de-dollarizasiya üçün konkret addımlar atılır. İran və Rusiyanın ticarət əlaqələrində bu yolu seçdiyini nümunə göstərə bilərik”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı