“Fənərbağça” yeni ilə darmadağınla başladı

Futbol üzrə Türkiyə Superliqasında XIX turun oyunları davam edir.

Metbuat.az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçirilib.

Günün ilk matçında “Sivasspor” səfərdə “Kayserispor”a 3:1 hesabı ilə qalib gəlib.

Digər qarşılaşmada isə çempionluğa iddialı “Fənərbağça” rəqib meydanında “İstanbulspor”u darmadağın edib – 5:1. Qonaqların heyətində qollardan dördünü Cengiz Ünder vurub. Digər qola Edin Ceko imza atıb. Meydan sahiblərinin heyətində isə Muammer Sarıkaya fərqlənib.

Bu qələbədən sonra xallarını 47-yə çatdıran “Fənərbağça” liderliyini davam etdirir. 5 xalı olan “İstanbulspor” isə sonuncu – 18-ci sırada qərarlaşıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Qalatasaray” – “Konyaspor” görüşü ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı