Bütün fəsillərdə xəstəliklərdən qoruyan "sağlamlıq" resepti

Çox dadlı və asan hazırlanan bu qarışım sağlamlıqla doludur.

Metbuat.az saglamolun.az-a istinadən qarışımın hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

- 400 qr bal,

- 3 limon,

- 250 qr. zəncəfil (kökləri)

Hazırlanma qaydası:

Zəncəfili incə sürtgəcdən keçirin, limonu dilimlərə kəsib, qabığı və toxumları ilə birlikdə qida prosessorunda tamamilə doğrayın.

Xırdalanmış limonun üzərinə zəncəfil əlavə edin və yaxşı qarışdırmaq üçün prosessoru bir neçə saniyə daha işə salın. Bal əlavə edin. Qarışım hazırdır.

Sonunda təxminən 700 qram hazır dadlı məhsul əldə edirsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı