“Ona ayıb olsun, Xalq artisti adına da layiq deyil!” - Röyanın yeni mahnısı etiraz doğurdu / VİDEO

Xalq artisti Röya Ayxan bir neçə gün öncə sosial şəbəkə hesabında “Gic kimi” adlı mahnısına çəkdirdiyi qısametrajlı klipi izləyiciləri ilə bölüşüb. Yenidən gündəmə gələn mahnının sözlərini sosial şəbəkə izləyiciləri birmənalı qarşılanmayıb. Bəziləri mahnının sözlərinin bayağı olduğunu iddia edərək bunun Xalq artisti fəxri adını daşıyan sənətçiyə yaraşmadığını qeyd edib.

Metbuat.az xəbər verir ki, Yenisabah.az-a danışan Əli Mirəliyev “Ürəyi boş, ürəyi sevmir heç kimi. Gözlədim mən onun yolunu gic kimi” misralarının oxumasını Xalq artistinə yaraşdırmayıb.

O, Röyanın bu ada layiq olmadığını da iddia edib:

“Röya Xalq artisti deyil! Ona yalandan bu fəxri adı veriblər. Yalançı Xalq artisti. Elə buna görə ağlına nə gəldi oxuyur. Xalq artisti adını alan insan gərək özünə hörmət etsin. Röya indi nə oxuyur bilmirəm, amma söhbət indidən yox, elə əvvəldən gedir.

Röyanın əvvəlki hərəkətlərinə nəzər yetirmək kifayətdir ki, biləsən elə bu cür oxumalıdır. Başqa nə oxumalı idi? O, Akif İslamzadə, Şövkət Ələkbərova, Gülağa Ağayev kimi, lap elə mənim kimi oxumalı idi?! Onun ədəbi olub ki, ədəbli də oxusun?”

Ə. Mirəliyev Xalq artisti Aygün Kazımovanın və Röyanın fəxri adlarının onlardan geri alınmasını tələb edib:

“Röya Aygünün də üstündən gedir. O, “geydirmə” oxuyur. Xalq artisti ara sözlərinə, meyxana sözlərinə mahnı qoşub oxumaz! Ayıbdır! Ona ayıb olsun. O, Xalq artisti kimi mötəbər bir ada layiq deyil və bu adı həm ondan, həm də Aygün Kazımovadan geri almaq lazımdır

Əsmətxanım Rzazadə



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı