Güclü qar fəsad törətdi: 200-dən çox maşın yolda qaldı - FOTO

Güclü yağan qar səbəbindən Şamaxı İsmayıllı avtomobil yolunda və Agsu dolaylarında hərəkət dayanıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalib.

İlkin məlumatlara əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar meydana gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR