Brilliant Dadaşova televiziyaları tənqid etdi

“35 ildir ki, mən və həyat yoldaşım Ədalət bəy bu sənət üçün qurbanlar veririk. Elə də davam edir”.

Metbuat.az Bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Danışır musiqi” verilişində deyib.
Sənətçi ictimai-sosial verilişlərdə sıravi vətəndaşların dava etmələrinə qarşı çıxaraq, etiraz edib:
“Təəssüflər olsun ki, bu gün həyasızlıq səmimiyyət kimi qələmə verilib. Biz demokratik ölkədə yaşamağı öyrənməliyik. Demokratiya hərcimərclik, özbaşınalıq deyil. Demokratiya o demək deyil ki, istədiyini danışarsan və 2-3 nəfər sənin ətrafın maddi tərəfdən ödədiyin kimlərsə sənin həyasızlığını səmimiyyət kimi qələmə verərlər. Amma gənclər böyüyür.
Onlar isə öz ailəsindən tərbiyə alıb, ibrət götürməlidir. Amma televiziya xalqın güzgüsüdür. Xarici ölkəyə gedəndə mən birinci televiziyaya açıb baxıram ki, bunlar kimdir, nədir. Təsəvvür edin ki, bizim televiziyanı açan bir qonaq görür ki, oradan qışqırıq səsləri, bir-birini təhqir etmələri, qadınlar, kişilər yığışır ora... İnsan dili anlamasa da, o bir-birinə olan qışqırığı görəndə... Demokratiyanın qayda-qanunları var. Demokratiya bu o demək deyil ki, cızığını aşmalısan”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı