Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məsuliyyətə cəlb olunanlar var

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı başlanmış cinayət işinin istintaqı davam edir.

Metbuat.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda hadisədə təqsirkar şəxslərin müəyyən edilməsi və hadisənin səbəbləri ilə bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir: "Bu işlə bağlı məsuliyyətə cəlb olunanlar var. Bunun da səbəb və şəraiti ilə bağlı hazırda istintaq davam edir".


Cavidan Mirzəzadə /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı