Turbo.az və tap.az-ın sahibi yüksək gəlir əldə etdi - MƏBLƏĞ

Qazaxıstana məxsus elektron ticarət şəbəkəsi "Kaspi.kz"in səhmdarları ötən həftə ABŞ-də keçirilən IPO (səhmlərin xalqa ərzi) zamanı 1 milyard dollar əldə ediblər.

Metbuat.az bildirir ki, bir neçə gün əvvəl şirkətin hər bir səhm üçün 92 dollar olan 11,3 milyon depozitar səhmi (ADS) satılıb. Şirkətin əsas səhmdarları Vyaçeslav Kim (25% səhm), Mixail Lomtadze (23%) və Asia Equity Partners Limited (28%) olub.

2022-ci ilin dekabrında Kaspi şirkəti ABŞ-da IPO üçün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciət edib və sonrakı proseslər ötən həftə İPO ilə nəticələnib.

Qeyd edək ki, sözügedən şirkət Azərbaycanda da fəaliyyət göstərir. Bu şirkət Azərbaycanın üç populyar elan saytının - Turbo.az (avtomobil elanları), Tap.az (yeni və işlənmiş əşyalar elanları) və Bina.az (daşınmaz əmlak elanları) sahibidir. Şirkət bu 3 saytı əvvəlki sahiblərindən 2019-cu ildə alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı