Mbappe transferi yekunlaşdı - İmzanı atır

PSJ-nin futbolçusu Kiliyan Mbappe klubdan ayrılmaq barədə qərar verib.

Metbuat.az xəbər verir ki, Mbappenin “Real Madrid”lə tam razılığa gəldiyi bildirilib. Məlumata görə, tərəflər müqavilə bağlamaq üçün razılaşıb. Detallar barədə məlumat verilmir. Xarici KİV-lər yazır ki, “Real” Mbappeyə imza pulu olaraq 100 milyon avro civarında ödəniş edəcək. Mbappenin “Real”da 35 milyon avro məvacib alacağı bildirilir.

Qeyd edək ki, bu mövsüm PSJ-nin heyətində 26 oyuna çıxan Mbappe 28 qol vurub, 6 məhsuldar ötürmə edib. Dünyaca məşhur ulduzun transfer dəyəri 180 milyon avro olaraq müəyyənləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR