ATV-dən "Bizimləsən" verilişinin dayandırılması barədə açıqlama

Xəbər verdiyimiz kimi "ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramı yarımçıq dayandırılıb. Verilişin efirdəki qeyri-etik hərəkətlərə görə dayandırıldığı irəli sürülmüşdü.

ATV televiziyasının mətbuat katibi Ozal İbrahimli Metbuat.az-a açıqlamasında iddiaları təkzib edib.

“Bu gün "Bizimləsən" proqramının son saatında aparıcı Zaur Baxşəliyev özünü pis hiss edib və proqramın son 1 saatlıq hissəsinə çıxmaması və istirahət etməsi tövsiyyə olunub. Yayımın dayandırılması ilə bağlı başqa heç bir səbəb yoxdur. Sabahdan etibarən işinin başında olacaq” - Ozal İbrahimli deyib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı