Beynəlxalq Ədalət Məhkəməsi İsrailə qarşı soyqırımı iddiası üzrə qərarını elan etdi

Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı qaldırdığı soyqırımı iddiası üzrə müvəqqəti qərarını açıqlayıb.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, məhkəmə Qəzza sakinlərinin soyqırımına görə İsrailə qarşı irəli sürülən ittihamların “ağlabatan səviyyədə sübuta yetirildiyi” qərarını verib.

BƏM İsraildən Qəzza zolağında soyqırımı törədilməsinin qarşısını almaq üçün bütün tədbirləri görməsini tələb edib.

Qərara əsasən, İsrail bir ay ərzində öz imkanları çərçivəsində soyqırımı aktlarının törədilməsinə mane olmaq məqsədilə hansı tədbirləri görməsinə dair hesabat təqdim etməlidir.

Məhkəmə həmçinin İsraildən Qəzza zolağında təcili ehtiyac duyulan əsas xidmətlərin və humanitar yardımın təmin edilməsi üçün təcili və effektiv tədbirlər görməsini tələb edib.

Bununla belə, məhkəmə CAR-ın dərhal atəşkəs tətbiq edilməsi istəyi ilə razılaşmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı