Nişanı qayıdan Niadan ilk açıqlama

TikToker Nia Kurbanova haqqında yazılanlar və yayılan video ilə bağlı danışıb.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, bununla bağlı o, sosial şəbəkə hesabında paylaşım edib. Nia deyib ki, əslində nişanlısı Furkan Ağlucun Sabir Samiroğlu ilə keçmiş münasibətindən xəbəri olub:

“Özümü əzdirməyəcəm. Çünki əziləsi nəsə etməmişəm. Fahişəlik etməmişəm, kimisə aldatmamışam. Furkandan əvvəl olan başlamaq istədiyim münasibət zamanı çəkilən video ilə yarğılanıram. Furkan bütün bunları bilirdi. Amma məni yarı yolda, ortalıqda qoydu. Şərəfli, namuslu o, oldu. Biz Sabirlə münasibətə başlamaq istəyirdik. Lakin alınmadı və dost qalmaq qərarı verdik. Furkan həyatıma girəndən sonra bir səhv hərəkət etməmişəm. İndi məni qınayırsınız. Amma aldadılan mən oldum. Bunları bilməyinə baxmayaraq Furkan həmişəki kimi rol oynadı. Furkan aylar əvvəl bir ssenari yazdı, biz də oynadıq. Hər günümüz, hər saatımız ssenari idi. Daha çox pul qazanmaq üçün bir kino yazdı. Siz də izlədiniz. Yaxşı da qazandı. Allah xeyir versin. Yazırsız ki, çoban aldadıldı. O saf gördüyünüz Furkan üzərimdən qazandığı pullarla iki ev, maşın aldı. Amma orada yaşamadı. Dedi ki, orada yaşasam, millət dəstək olmayacaq. Çünki çoban olduğum üçün dəstək olurlar. Lüks evi olduğu halda o uçuq evdən çıxmadı.

Ancaq pul qazanmaq haqda düşünürdü. Mənim həyatıma girdi. Ad günümə gəldi. Namusdan, şərəfdən danışan Furkan... Mən 5 illik sevgilimlə dost olmağa qərar vermişdim. Ad günümə o da gəlmişdi. Bu qədər şərəfliydinsə, niyə onunla eyni masada əyləşib mənimlə sevgili oldun? Bunlar sənə görə deyildisə, niyə sonra mənimlə sevgili oldun? Çünki millət görmürdü. Məndən ayrılmaq ona sərf etməyəcəkdi, ona görə ki, pul qazana bilməzdi. Onun üçün şərəfin, namusun önəmi yoxdur. Sadəcə cibinə nə qədər çox pul qoyacağını fikirləşir. Mənim həyatıma girəndən sonra yönləndirdi. Nə desə, edirdim. Ondan sonra da həyatımda heç kim olmayıb. Mən onu sevmişəm. O isə məni bir qram belə sevməyib. Mesajları üzə çıxdı. Ümid verdiyi qızlarla danışdıqları... Bunları niyə demirsiniz? Mənimlə olduğu vaxtlarda etdi. Oğlan olduğu üçün danışmırsız? Mən onu çox sevdim. Məni sevmədiyini bildiyimə baxmayaraq sevdim. Bu oyunun doğru olmağını istədim. Yanlış heç nə etməmişəm. Furkandan öncə bir yola başlamaq istədiyim insanı öpmüşəm. İndi video yayıldığı üçün qınanılıram. Halbuki, bunlaırn hamısını bilən Furkan bilmədiyini deyir. Deyirdi ki, bu işdən elə çıxmalıyıq ki, sən də, mən də zərərdə qalmayaq. Deyirdi ki, Nia yayımımız zəifləyir, dava edək, saat 10-da canlı açma, çünki o vaxt mən daha çox qazanıram. Nə desə, tamam deyirəm. Nia axmaq varını-yoxunu sənə xərclədi. Villa tudu, Gürcüstanda evlər kirayə götürdü, otel pulunu belə Nia verdi. Sən bu qədər utanmaz bir insansan.

Bu hadisələrdən sonra ona zəng etdim ki, Furkan etmə. Dedim, etmə, yarı yolda qoyma məni. Dedi ki, millət nə deyər. O çox yaxşı aktyordur. Canlı yaylımı bağlayandan sonra az qazanc gəldiyini görəndə dəli olurdu. O insan yalnız evini fikirləşir. Məni sevməyib, qazancını düşünüb. Deyirdi ki, evlənək, boşananda söyləyərik ki, yola gedə bilmədik. Dedim, Furkan, axı mən səni sevirəm. Siz onun açıqlamasındakı sakitliyini gördünüz? İnandırıcı gəldi? O bilir ki, aldadılmayıb, ona görə belə rahatdır. Sabir dedi ki, bilet alıram, gəl yanıma. Niyə gəlmədi? Sabir bu həyatda dost qaldığım üçün peşman olmadığım insandır. İndi ailəsi də, özü də yanımda dağ kimi durur. Sən isə məni ortalıqda qoydun. Yenə çox gözəl ssenari yazdı, milləti özünə yönləndirdi. Necə hədiyyə alacağını çox yaxşı bildi. Yayım açıb, yenə hədiyyələrə baxır. Deyir ki, heç nə istəmirəm, bir üzüyümü versin. Bundan başqa sən nəyə pul verdin?Bir buna pul xərclədin. Pul xərcləyəndə canın çıxırdı. Çünki ciddi fikirləşmirdin. Neçə ev, maşın ala biləcəyini düşünürdün. Mənimlə olmaqda başqa məqsədi yox idi. Tək hədəfi pul idi. Mənə də həmişə deyirdi ki, pul yığ, bu fürsət əlimizə keçməz. Sonra içindən çıxarıq, ssenarini dəyişərik”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı