İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrail ordusunun hücumları nəticəsində Qəzza zolağında daha bir jurnalist öldürülüb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzzanın mərkəzi hissəsindəki Əl-Zəveydə bölgəsində jurnalist İsam əl-Lulunun evini hədəf alıb.

Hücum nəticəsində jurnalist Lulu, əri, oğlu, gəlini və nəvəsi həyatını itirib.

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri aylardır hücumlarını davam etdirdiyi Qəzza zolağında 121 jurnalist həyatını itirib.

HƏMAS-ın silahlı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr 2023-cü il tarixində Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək səbəbi ilə İsrailə hərtərəfli hücuma keçib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 11 mini uşaq, 7 min 500-ü qadın olmaqla 26 min 422 fələstinli həlak olub, 65 min 87 nəfər yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölünün olduğu bildirilir. İnsanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı