ABŞ Türkiyə ilə onun “F-35” qırıcılarının istehsalı proqramına qayıtması imkanını müzakirə edir.
Metbuat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Biz F-35 proqramının Türkiyə üçün S-300 və ya S-400 raketlərinin istifadəsi ilə uyğun olmadığına dair fikrimizi dəyişməmişik.