Ukrayna 3 min 35 vətəndaşını rus əsirliyindən geri qaytarıb - Zelenski

Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri sayca artıq 50-ci əsir mübadiləsi reallaşdırılıb. Ukrayna 3 min 35 vətəndaşını rus əsirliyindən geri qaytara bilib.

Metbuat.az xəbər verir ki, bu sözləri yanvarın 31-də Ukrayna və Rusiya arasında keçirilən əsirlərin mübadiləsini şərh edərkən Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib. Zelenski bildirib ki, Ukrayna hər bir vətəndaşının Rusiyadakı əsirlikdən qayıtması üçün əlindən gələni edəcək.

"Bu gün biz daha 207 ukraynalını rus əsirliyindən azad edə bildik. 180 sıravi və çavuş, 27 zabit. Demək olar ki, yarısı Mariupolun müdafiəçiləridir. Silahlı Qüvvələrin əsgərləri. Milli Qvardiya Qüvvələri, Dövlət Sərhəd Xidmətinin bölmələri və Milli Polis”, - deyə prezident bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı