Emin Əmrullayev ona yüksək vəzifə verdi - FOTO

Elm və Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin edilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çapay Məmmədov nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı olmaqla bir neçə dövlət şirkətində insan resursları sahəsində rəhbər vəzifələrdə çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı