Azərbaycan diaspor sədrinin oğlu bu görüntüyə görə saxlanıldı - VİDEO

Rusiyada Azərbaycan diasporunun sədri İlham Əhmədovun oğlu dostları ilə birgə Çerkessk küçələrində havaya atəş açıb.

Metbuat.az bildirir ki, görüntülər "SHOT" teleqram kanalında yayımlayıb.

Qeyd edilib ki, diaspor sədrinin Kamal adlı oğlu dostları ilə toyda iştirak edib. 10 nəfər gənc küçəyə çıxaraq avtomat və tapançalarla havaya atəş açmağa başlayıb.

Yerli sakinlərin şikayəti ilə Əhmədov və dostları saxlanılıb, iş materialları məhkəməyə verilib. Güc strukturları Azərbaycan diaspor təşkilatı olan "Odlar Yurdu"nda yoxlamalara başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı