“Üzlərdə sevinc və qürur gördüm” - İlk dəfə səs verən Həsən Abbasov

“Bu günü böyük həyəcan və intizarla gözləyirdim. Səhər seçki məntəqəsinə yollananda böyük izdihamla üzləşdim. Bu zaman həyəcanım bir az da artdı. Orada isə hamının üzündə sevinc və qürur gördüm. Həqiqətən də ilk dəfə səs verəcəyim bu seçkilər yaddaşıma həmişəlik həkk olunacaq”.

Metbuat.az xəbər verir ki, bu sözləri 34 saylı Xətai ikinci seçki dairəsinin 24 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkilərində ilk dəfə səsvermə hüququndan istifadə edən 18 yaşlı Həsən Abbasov deyib.

Bakı Turizm Peşə Məktəbinin 1-ci kurs tələbəsi olan H.Abbasov qətiyyətlə sülhə, əmin-amanlığa, Azərbaycanın xoşbəxt gələcəyinə səs verdiyini deyib: “Bu gün qürurunu yaşadığım Zəfər seçkisindən sonra qərara gəlmişəm ki, doğma Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edim. Qərarım qətidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı