Vəziyyəti pisləşən tanınmış müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.
Bu barədə Metbuat.az-a müğənni özü məlumat verib. O bildirib ki, səhhətindəki ciddi problemlə bağlı xəstəxanada müalicə olunur:
“Mədə-bağırsaq problemim yaranmışdı. Həkim məsləhəti ilə “Yeni Klinika”ya yerləşdirilmişəm. Bu gün əməliyyat olunmalı idim, mədəmlə bağırsaq arasında tıxanma var idi. Dünən gecə saatlarında həmin tıxanma qəfil aradan qalxdı. Bu gün səhər saatlarında həkim yoxlanışından keçdim. Həkim dedi ki, artıq əməliyyata ehtiyac yoxdur. Xəstəxanadayam, amma özümü yaxşı hiss edirəm”.