Xaçmazda sərxoş sürücü qəza törətdi - Sərnişin öldü

Xaçmazda sərxoş sürücü qəza törədib.

Metbuat.az-ın məlumatına görə, Məmmədov Emin Fərhad oğlu sərxoş vəziyyətdə "Ford Transit" markalı avtomobillə Qusar-Xudat yolununXaçmaz rayonu, Digahoba kəndi ərazisindən keçən yeddinci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində Avtomobildə olan sərnişin Elçin Məmmədov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR