Qazaxın 7 kəndi və Kərki nə zaman qaytarılacaq? - AÇIQLAMA

İranşünas ekspert Vardan Voskanyan 8 kənd qaytarılacağı halda, Bakının böyük strateji üstünlük əldə edəcəyi fikrini ortaya atıb.

Məsələ barədə hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a şərh bildirib. O qeyd edib ki, Ermənistan Azərbaycanın 30 ildən artıq bir müddətdə səkkiz kəndinin erməni işğalında qalması ilə barışmayacağını anlayır:

"İnformasiya təhlükəsizliyimiz etibarlı şəkildə təmin olunur"

“Ermənistan tərəfi Azərbaycan kəndlərini qaytarmağa hazırlaşdığı ilə bağlı hansısa görüntülər yaratmağa çalışsa da, bu prosesi dördüncü ildir ki, uzadır. Biz isə bu məsələdə artıq təmkin göstərmək niyyətindən uzaqlaşmaq üzrəyik. Azərbaycan tərəfindən bu istiqamətdə təzyiqləri getdikcə artır”.

Bakı-İrəvan xəttindəki danışıqları istiqamətlərindən biri də 8 kəndin azad edilməsi üzrədir. Bu ərazilərin strateji əhəmiyyəti barədə danışan hərbi ekspert vurğulayıb ki, Ermənistanın narahat edən məqamlar da bununla bağlıdır:

“Rəsmi İrəvanı Kərki kəndinin qaytarılmasından sonra Ermənistan-İran yolunun Azərbaycan ordusunun nəzarətinə keçməsindən narahatdır. Qazax istiqamətində Ermənistanı Gürcüstanla bağlayan yollar da Azərbaycanın işğal altında olan kəndlərinin ərazisinə keçir. Bu ərazilərin Azərbaycana qaytarılması Ermənistanın müəyyən qonşuları ilə müəyyən problemlər vəd edir. Həmin yolların çəkilməsi kifayət qədər uzun müddət tələb edə bilər. Ərazinin dağlıq relyefə malik olması səbəbindən hər bir halda problemlər Ermənistan üçün getdikcə artan dinamika nümayiş etdirəcək”.

Politoloq Tural İsmayılov isə hesab edir ki, Ermənistanın hansısa ekspertinin nə deməyindən asılı olmayaraq Azərbaycanın səkkiz kəndi Azərbaycana geri qaytarılmalıdır. Bu məsələdə çevik şəkildə davam edən delimitasiya komissiyalarının görüşünü xatırladan politoloq qeyd edib ki, Vardan Vaskanyan da daxil olmaqla, Ermənistandakı müxtəlif siyasi, hərbi ekspertlərin, Ermənistan cəmiyyətini və ictimai rəyini manipulyasiya etmək üçün revanşist və faşist açıqlamalarının heç bir əhəmiyyəti yoxdur:

"Savaş fleytası" -

“Qazaxın işğal altında olan kəndləri Ermənistanın bir çox yollarını, həm də nəzarət imkanlarını Azərbaycana qaytarmış olur. Həmçinin bu anklav kəndlərimiz bir çox strateji yüksəkliklərdən və bu kəndlərdən Ermənistan kəndlərindən Gürcüstana gedən yollara çox rahat şəkildə baxmaq və nəzarət etmək imkanları qazandırır.

Naxçıvanın Kərki kəndi də özünün yerləşdiyi geostrateji mövqeyə görə kifayət qədər böyük üstünlüklər qazandıran bir kənddir. Ermənistanın Azərbaycana qarşı bundan sonra edə biləcəyi təxribatları bloklamaq və qarşısını almaq üçün də bizim işğalda olan kəndlərimiz dərhal geri qaytarılmalıdır”.

Politoloq fikirlərinə onu da əlavə edib ki, kəndlərin geri qaytarılmamasının və prosesin uzanmasının səbəbi delimitasiya komissiyalarının işinin Ermənistan tərəfindən ləngidilməsi ilə bağlı idi:

“Ermənistan uzun müddət bu prosesin dalana dirənməsində maraqlı tərəf kimi iştirak etdi. İrəvanın prosesi sabotaj etməyi nəticəsində həm kəndlərin siyasi, həm də delimitasiya ilə bağlı hələ ki ciddi addımlar atılmayıb. Amma düşünürəm ki, hazırkı gedişat kəndlərin bu il ərzində Azərbaycana geri qaytarılacağı istiqamətindədir. Çünki Ermənistanın bundan başqa hansısa bir alternativ variantı yoxdur və ola da bilməz”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusu üzrə dərc olunub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR