"Sədərək Yusif"in evini qarət edən xadimənin cəzası bilindi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən 803 min manatlıq oğurluqda təqsirləndirilən xadimə Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə, R.Cabbarova 11 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Cabbarova məhkəmə prosesində oğurluq etdiyini boynuna alsa da, həmin əşyaları geri qaytardığını bildirmişdi.

Təqsirləndirilən şəxsin vəkili zərərçəkmişin prosesə çağırılmasını istəmişdi. Məhkəmə zərərçəkmişlər barədə məcburi gətirilmə qərarı çıxarsa da, onların məhkəməyə gətirilməsi mümkün olmayıb.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı