Aleksey Navalnı vəfat etdi

Rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cəzaların İcrası Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirərək dünyasını dəyişib.

A.Navalnının tromb səbəbindən öldüyü bildirilir.

Qeyd edək ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR