Sabir Rüstəmxanlının qızı buna görə boşanıbmış - FOTO

Millət vəkili Sabir Rüstəmxanlının qızı Aydan Rüstəmxanlının müğənni Elçin Cəfərovdan boşanması rəsmən təsdiqlənib.

Metbuat.az bununla bağlı Yasamal rayon Məhkəməsinin qətnaməsini əldə edib. 14 fevral 2024-cü il tarixli e-2(004)-213/2024 saylı qətnamədə göstərilir ki, iddiaçı Aydan Rüstəmxanlı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, onunla Elçin Cəfərov arasında Bakı Nikah evi tərəfindən 12 aprel 2016-cı il tarixdə 294 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 2017-ci il təvəllüdlü Can Cəfərlinin onun himayəsində qalması və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

A. Rüstəmxanlı müğənnidən boşanma səbəbini də açıqlayıb. Sənəddə göstərilir ki, millət vəkilinin qızı ailə mübahisəsi olduğundan, ilkin olaraq 9 saylı mediasiya təşkilatına müraciət edib. Mediasiya prossesinə xitam verildikdən sonra bu barədə protokol iddia ərizəsi ilə birlikdə Yasamal rayon məhkəməsinə təqdim edilib.

İddiaçı xanım bildirib ki, Elçin Cəfərovla boşanmasına səbəb ailə münasibətlərinin sarsılması, bir-birinə inam və güvənin itməsidir.

Məsələ ilə bağlı Yasamal rayon məhkəməsində bir neçə proses keçirilsə də, cavabdeh müğənni heç bir iclasa qatılmayıb. Sonda məhkəmə, prosesin cavabdehsiz keçirilməsinə qərar verib.

Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qətnamə qəbul edilib. Məhkəmənin qərarı ilə iddia təmin edilib, A. Rüstəmxanlı ilə E. Cəfərov arasında, 12 aprel 2016-cı il tarixli nigahın bağlanması haqqında akt qeydləri kitabında 294 nömrəsi ilə qeyd edilmiş nikaha xitam verilib.

Qətnaməyə görə, birgə nigahdan doğulmuş, 2017-ci il təvəllüdlü Can Cəfərli anasının himayəsinə verilib. E. Cəfərli isə uşaq yetkinlik yaşına çatana qədər A. Rüstəmxanlıya hər ay 235 manat aliment ödəyəcək.

Xatırladaq ki, Metbuat.az ötən həftə müğənni Elçin Cəlilovun boşanması ilə bağlı məlumat yaymışdı. Müğənni isə məlumatı təkzib edərək belə bir faktın olmadığını bildirmişdi. Cütlüyün boşanması ilə bağlı Yasamal rayon məhkəməsinin qətnaməsini təqdim edirik:

Seyranə Quliyeva


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR