Döyüş gəmilərimiz şərti düşmənin suüstü və hava hədəflərini məhv etdi - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş taşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.

İki mərhələdə keçirilən təlimdə üzən gəminin saxlanılması və baxışın keçirilməsi, neft-qaz boru kəməri rayonlarında patrullama fəaliyyətinin icrası, gəmi taktiki qruplarda lövbərdə sualtı diversiya əleyhinə müdafiənin təşkili və birgə üzmə fəaliyyətlərinin icra edərək təyin olunmuş rayona dəniz keçidi, şərti düşmənin suüstü və hava hədəflərinin məhv edilmsi üzrə tapşırıqlar icra edilib.

Təlimin əsas məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərinin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Qeyd edək ki, taktiki təlimə HDQ-nin 26 vahid gəmisi və 450 nəfər şəxsi heyəti cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı