Şəmsəddin Hacıyevdən keçmiş kürəkəninin toy mərasimi barədə AÇIQLAMA

Eks millət vəkili Şəmsəddin Hacıyevin bu gün sabiq kürəkəni Seymur Orucovun toy mərasimini eşidərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.

Metbuat.az xəbər verir ki, Manset.az məsələ ilə bağlı İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev ilə əlaqə saxlayıb. O açıqlamasında qızı Çeşmi Hacıyevanın Seymur Orucovdan 2 il bundan əvvəl boşandığını qeyd edib.

“Bu çox axmaq hərəkətdir. Belə publik formada olmalı idi ya olmalı deyildi qoy ona jurnalistlər cavab tapsın. Mənim qızım 2 il əvvəl ondan boşanıb. Mən niyə onun evlilik xəbərini eşidib xəstəxanaya düşməliyəm? Bu söhbətlər absurddur.”

Qeyd edək ki, bu gün sabiq millət vəkili Şəmsəddin Hacıyevin keçmiş kürəkəni Seymur Orucovla tanınmış aparıcı Alidə Mustafayevanın şəhərin lüks restoranlarından birində toy mərasimi baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR