Mart ayı bu bürclər üçün uğursuz olacaq

Astroloqlara görə, mart ayı üç bürc üçün uğursuz olacaq.

Metbuat.az xarici mediaya istinadən həmin bürcləri təqdim edir:

Dolça - bu bürc altında doğulan insanlar xüsusən martın ilk on günlüyündə ehtiyatlı qərarlar verməlidir. Ani səhv, çoxdandır planlaşdırdığınız hər şeyi məhv edə bilər. İşlərinizin tərs getməməsi üçün planlı və ağıllı hərəkət etməlisiniz. Martın sonuna doğru işləriniz yenidən uğurlu "zolağa" daxil olacaq.

Şir - xüsusən ailə və dost mühitində problemlərlə üzləşə bilərsiniz. Ünsiyyət zamanı diqqətli olun, yaxınlarınız tərəfindən yanlış anlaşıla bilərsiniz. Xoş niyyətlə etdiyiniz hərəkətlər birmənalı qarşılanmaya bilər.

Buğa - iş həyatında uğursuzluq yaşana bilər. Lakin qorxmağa dəyməz, ay sonunda bütün uğursuzluqları kompensasiya edə biləcəksiniz. Bunun üçün özünüzə inamınız tam olmalıdır. Risk etməkdən çəkinməyin.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR