Tanınmış türkiyəli aktyor vəfat etdi - FOTO

2012-2022-ci illərdə yayımlanan "Seksenler" serialında "Zafer" obrazını canlandıran Efe Deprem motosiklet qəzası keçirib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, 41 yaşlı aktyor xəstəxanada dünyasını dəyişib.

Qəza, Mecidiyeköy istiqamətində, D-100 şosesi Çağlayan metrobüs dayanacağı yaxınlığında baş verib. Məşqdən qayıdan Efe Deprem idarə etdiyi motosikletin idarəetməsini itirərək baryerlərə çırpılıb.

Məşhur aktyor bu gün Üsküdardakı Şakirin məscidində dəfn ediləcək.

Efe Deprem ötən ilin dekabrında ekranlara çıxan "Mutluyuz"da rol almışdı.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı