Azərbaycanda bombardir olmuşdu, 56 yaşında futbola qayıtdı

"Kəpəz” klubunun heyətində 3 dəfə çempion, 1996/1997 mövsümündə 23 qolla komanda yoldaşı Fazil Pərvərovla birgə Azərbaycan çempionatının bombardiri olmuş Rövşən Əhmədov 56 yaşında futbolçu karyerasını bərpa edib. Bununla da o, bir daha yaş amilinin əsas olmadığını göstərib. O, Region Liqasında çıxış edən "VT Gəncə" klubundan dəvət alıb.

Metbuat.az bildirir ki, o, Report-a açıqlamasında futbola qayıdışa ilə bağlı deyib:

"Təəssüratlarım, təbii ki, xoşdur. Məni komandaya baş məşqçi dəvət etmişdilər. Həm də “Kəpəz”in U-12 komandasını çalışdırdığımdan "VT Gəncə"nin heyətində oyunçu kimi meydana çıxdım. Orada məşqi də özüm keçirəm, həm də futbolçu kimi meydana çıxıram. Çoxdandır ki, futbolçu kimi çıxış etmək istəyirdim. Bir ay məşq etdikdən sonra meydana çıxdım. Komandamız bir o qədər də güclü olmayan, gənclərdən ibarət kollektivdir. Rəhbərliklə danışmışıq, komandanı peşəkar liqaya çıxaracağıq. May ayından etibarən yeni kollektiv formalaşdıracağıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı