Bu həftə varlanacaq bürclər - İş təklifi, pul...

Bu həftə iş həyatında üç bürcü uğur gözləyir. Astroloqlara görə, onlar bu həftə əldə edəcəkləri fürsətlər sayəsində öz maddi durumlarını yaxşılaşdıra biləcəklər.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, həmin bürclər Balıqlar, Şir və Oxatan bürcləridir.

Balıqlar - üzərində çalışdığınız layihələrin təqdimatı üçün uyğun zamandır. Yox cavabı eşitməkdən çəkinməyin, maddi durumunuzu qaydasına salmaq üçün son şans ola bilər.

Şir - iş təklifləri ala bilərsiniz. Bu, sizə çoxdandır arzuladığınız maliyyə rahatlığını gətirəcək. Odur ki, doğru qərarlar vermək lazımdır.

Oxatan - iş həyatında uğurlu həftə gözlənilir. İş yoldaşlarınızla ünsiyyətə diqqət edin, işinizdə maneələrin yaranması planlarınızı suya düşürə bilər. Əldə edəcəyiniz məbləğləri planlı şəkildə xərcləməlisiniz.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR