"Barselona"nın başına "taleh quşu qondu” - Ərəblər təkliflə gəldilər

“Barselona” Rafinya üçün təklif alıb.

Metbuat.az xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistan klubunun "Barselona"ya təklif göndərdiyi deyilir. "Sport.es"in məlumatına görə, ərəblər Rafinya üçün 80 milyon avro təklif edib. Məlumata görə, bu təklif “Barselona”nı qane edir. 80 milyonluq təklifin Rafinyanın hazırki transfer dəyərindən çox olduğu bildirilir. Bu da maliyyə problemləri yaşayan "Barselona"ya kömək edə bilər.

Qeyd edək ki, bu mövsüm Rafinya bütün turnirlərdə 28 matçda iştirak edib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR