"Whatsapp"da statusla bağlı möhtəşəm yenilik

"WhatsApp" yeni funksiyasını təqdim etməyə hazırlaşır.

Metbuat.az "WABetaInfo" portalına istinadən xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər statusda uzunluğu 1 dəqiqə olan videoları paylaşa biləcəklər. Hazırda bu funksiya sınaq mərhələsindədir və məhdud sayda istifadəçi üçün əlçatandır.

Yeni funksiyanın yaxın həftələrdə aktivləşəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda "WhatsApp" status bölməsində 30 saniyə uzunluğunda olan videolar paylaşmaq mümkündür.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR